Son dəqiqə

DTX Ramiz Mehdiyev Cəmil Həsənli

Cəmil Həsənli növbəti dəfə Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb

BAKI,TurkicWorld

"Milli Şura"nın sədri, sabiq deputat Cəmil Həsənli növbəti dəfə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.

TurkicWorld-in əldə etdiyi məlumata görə, o, "Ramiz Mehdiyev işi" bağlı DTX-də davam edən cinayət işi üzrə şahid qismində dindirilməsi üçün çağrılıb.

Qeyd edək ki, Cəmil Həsənli ötən ayın sonu Dubaya getmək istəyərkən hava limanında saxlanılmışdı. O, həmin gün Ramiz Mehdiyevin cinayət işi ilə bağlı DTX-də dindirilmişdi. Cəmil Həsənli ifadəsi alındıqdan sonra sərbəst buraxılmışdı.

Mövzuya görə xəbərlər