Avropa çempionatı Cüdo

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionu olub

Bakı. TurkicWorld:

İyunun 25-də Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının qarışıq komanda yarışlarında cüdoçularımız qızıl medal qazanıblar. Bu, Avropa çempionatlarının komanda yarışlarında qazandığımız ilk qızıl medal kimi tarixə düşüb.

TurkicWorld-un məlumatına görə, Azərbaycan komandası ilk görüşdə Niderland yığmasını 4:1, ikinci görüşdə Almaniya millisini 4:2, yarımfinalda isə İtaliya seçməsini 4:2 hesabı ilə məğlub edib.

Cüdoçularımızın final görüşündə rəqibi Fransa komandası olub. İdmançılarımız Fransa yığmasına 4:3 hesabı ilə qalib gələrək yarışın qızıl medallarını və kubokunu qazanıblar.

Millimiz, həmçinin fərdi yarışlarda 6 qızıl və 3 bürünc medal olmaqla, 9 mükafat qazanıb və medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci, qızlar arasında isə dördüncü yeri tutub.

Mövzuya görə xəbərlər