Son dəqiqə

Azərbaycan Avropa çempionatı Şahmat

Avropa çempionatı: Yığmalarımız İsveç və Polşa ilə oynayacaq

Bakı. TurkicWorld:

Bu gün Monteneqronun Budva şəhərində şahmat üzrə komandalararası Avropa çempionatının III turu keçiriləcək.

İdman.biz xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi İsveçlə qarşılaşacaq.

Yığmanın heyətində bu dəfə Nicat Abasov istirahət edəcək.

Hər iki görüşü qələbə ilə başa vuran qadın şahmatçılardan ibarət milli isə Polşanı sınağa çəkəcək. Komandada Ülviyyə Fətəliyeva heyətinə qayıdacağı halda, Gövhər Beydullayeva lövhə arxasına keçməyəcək.

Avropa çempionatı
III tur
Kişilər
Azərbaycan - İsveç

Teymur Rəcəbov – Nils Qrandelius
Şəhriyar Məmmədyarov – Erik Blomqvist
Rauf Məmmədov – Tayqer Hilarp
Vasif Durarbəyli – Hampus Sorensen

Turnir cədvəli: 1. Almaniya, 2. Fransa, 3. Niderland - hamısı 4 xal... 13. Azərbaycan - 2.

Qadınlar
Polşa - Azərbaycan

Monika Soşko - Günay Məmmədzadə
Oliviya Kiolbasa – Ülviyyə Fətəliyeva
İolanta Zavadzka – Xanım Balacayeva
Alisiya Siviçka – Gülnar Məmmədova

Turnir cədvəli: 1. Azərbaycan, 2. Fransa, 3. Polşa – hamısı 4 xal.

İdman.biz

Mövzuya görə xəbərlər