Son dəqiqə

Türkiyə BMT ABŞ Entoni Blinken taxıl dəhlizi Antonio Quterreş

BMT-nin Baş katibinə və Türkiyədəki həmkarlarımıza yorulmadan göstərdikləri səylərə görə minnətdarıq - Blinken

Bakı TurkicWorld

Türkiyə və BMT-nin baş katibi Antonio Quterressə Qara dəniz taxıl dəhlizinin yenidən açılması istiqamətində göstərdikləri səylərə görə təşəkkür edirik.

TurkicWorld xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Rusiya son günlərdə yenidən gəmilərin Ukrayna limanlarına getməsinə mane olmaq, dünya bazarına, Afrika, Yaxın Şərq qidaya ehtiyacı olan insanları möhtac durumda buraxır. Biz BMT-nin Baş katibinə və Türkiyədəki həmkarlarımıza yorulmadan göstərdikləri səylərə görə minnətdarıq”,- deyə Blinken bildirib.

Mehriban Xəlilli

Mövzuya görə xəbərlər