Son dəqiqə

Azərbaycan İsrail Eli Koen

İsrail və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verilir - Eli Kohen

Bakı. TurkicWorld:

İsraildən Azərbaycana gələn heyətin tərkibində təhlükəsizlik, energetika və aqrar sahə ilə bağlı nümayəndələr yer alır.

TurkicWorld-un məlumatına görə, bu barədə İsrailin xarici işlər naziri Eli Kohen tvitter hesabında bildirib.

"Biz əməkdaşlığı genişləndirir, hər iki ölkənin iqtisadiyyatına və təhlükəsizliyinə töhfə veririk. İsrail və Azərbaycan əlaqələrində yeni bir dövrdür”, - deyə əlavə edilib.

Qeyd edək ki, İsrail xarici işlər naziri Eli Kohen Azərbaycana səfərdədir. Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın iclası keçirilib. İclasda ikitərəfli iqtisadi əməkdaşlıq üzrə gündəlikdə olan məsələləri nəzərdən keçirilib.

Ticarət əlaqələrinin və investisiyaların təşviqi, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq istiqamətləri, innovativ texnologiyaların tətbiqi, rəqəmsal iqtisadiyyat kimi mövzularda əməkdaşlıq müzakirə edilib.

Mövzuya görə xəbərlər