Son dəqiqə

Azərbaycan İsrail Eli Koen

İsrail və Azərbaycan arasında ticarət həcminin artırılması zəruridir - İsrail XİN rəhbəri

Bakı. TurkicWorld:

İsrail və Azərbaycan arasında mövcud olan münasibətlərin daha da yaxşılaşdırılması üçün ticarət həcminin artırılması zəruridir.

TurkicWorld-un məlumatına görə, bu barədə İsrailin xarici işlər naziri Eli Kohen "tvitter" hesabında etdiyi paylaşımda qeyd edib.

O qeyd edib ki, Azərbaycanın strateji mövqeyi onun İsraillə olan əlaqələrinin əhəmiyyətini böyüdür, böyük potensiala çevirir.

"Bakıdakı dostlarımızla birlikdə təhlükəsizlik, iqtisadiyyat, innovasiyalar və enerji sahələrində əməkdaşlığımızı dərinləşdirmək, xüsusilə də ortaq çətinliklərə qarşı güclü və vahid cəbhə yaratmaq üçün mən bu gün vacib səfərə gedirəm",- deyə o əlavə edib.

Mövzuya görə xəbərlər