Son dəqiqə

Azərbaycan ATƏT Bucar Osmani

ATƏT-in sədri Azərbaycana səfər edəcək

Bakı. TurkicWorld:

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Azərbaycana səfər edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə ATƏT sədrinin mətbuat xidməti məlumat verib.

Qeyd edilib ki, B.Osmani hökumət rəsmiləri və digər maraqlı tərəflərlə görüşlər keçirmək üçün aprelin 10-13-də Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək.

Səfər çərçivəsində əməkdaşlığın gücləndirilməsi, mövcud təhlükəsizlik çağırışlarının həlli və Cənubi Qafqaz regionunda dialoq yolu ilə sülh və sabitliyin təşviqi məsələləri müzakirə olunacaq.

Mövzuya görə xəbərlər