Ermənistan zorakılıq dalğasına qərq olacaq - Piter Teys

Ermənistan zorakılıq dalğasına qərq olacaq - Piter Teys

Ermənistanın siyasi sistemində bir sıra səbəblərlə əlaqədar xaos hökm sürür.

Bunu Turkic.World-ə amerikalı ekspert Piter Teys deyib.

Onun sözlərinə görə, bir müddət əvvəl Ermənistanda keçirilmiş parlament seçkilərində saxtakarlıq qeydə alınıb, bəzi məntəqələrdə seçki qutularının saxta bülletenlərlə doldurulması ilə bağlı sübutlar mövcuddur:

"Ermənistanın siyasi sistemindəki xaos siyasi partiyaların rəhbərliklərində korrupsiyanın yüksək səviyyəsi, ölkədə hökm sürən iqtisadi böhran, eləcə də beynəlxalq təşkilatların susması və fəaliyyətsizliyi ilə izah olunur".

Ekspert bildirib ki, son seçkilərin nəticələri Ermənistanın daha dərin siyasi böhrana qərq ola biləcəyini göstərir və yaxın zamanlarda aparıcı siyasi qüvvələr arasında ciddi toqquşmaların olması gözlənilir:

"Ermənistan Yaxın Şərq və Qafqazda saatlı bomba olmağa çox yaxındır. Ermənistanın zorakılıq dalğasına qərq olacağı gözlənilir, eyni zamanda iqtisadi böhran və işsizlik səviyyəsi ölkədə siyasi və iqtisadi vəziyyəti daha da pisləşdirəcək".