...

İsveçin NATO-ya üzv olmasına hə deməyimiz mümkün deyil - Mövlud Çavuşoğlu

Siyasət Digər xəbərlər 27 Fevral 2023 13:05
TurkicWorld Sabir Alizade
İsveçin NATO-ya üzv olmasına hə deməyimiz mümkün deyil - Mövlud Çavuşoğlu

Bakı. TurkicWorld:

İsveç öz üzərinə düşən öhdəlikləri həll etmədən onların NATO-ya üzvlüyünə hə deməyimiz mümkün deyil.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Macarıstanın Xarici İşlər naziri Peter Siyarto ilə birgə mətbuat konfransı keçirərkən bildirib.

"Bu ilin yanvar ayının 22-də İsveçli siyasətçi Rasmus Paludanın Türkiyənin Stokholm səfirliyinin qabağında Qurani-Kərim kitabını yandırması təxribatı səbəbi ilə üçüncü iclas təxirə salınıb. Biz düşünürük ki, üçüncü iclasın Brüsseldə olması daha yaxşı olar. Əminik ki, mart ayının 9-da keçiriləcək iclasda, hamı İsveçin öz öhdəliklərini yerinə yetirmədiyini açıq şəkildə görəcək”, - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti