Azərbaycan və Türkiyə nəqliyyat nazirləri Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu layihəsi ilə tanış olub (FOTO)

Azərbaycan və Türkiyə nəqliyyat nazirləri Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu layihəsi ilə tanış olub (FOTO)

Türkiyənin "Kalyon" şirkətinin direktoru Mehmet Kalyoncu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevi və Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunu Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisi layihəsi ilə tanış edib.

Trend-in məlumatına görə, bu gün nazirlərin azad edilmiş ərazilərə səfəri başlayıb.

Səfər çərçivəsində Horadiz-Ağbənd dəmir yolu layihəsi, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd və Əhmədbəyli-Füzuli-Şuşa, eləcə də Füzuli beynəlxalq hava limanı layihələri ilə tanışlıq keçirilib.

(Tərcümə: Orxan Nəbiyev)