Diplomatik missiyalara hücumlar heç vaxt qəbul edilə bilməz - İslandiya XİN

Diplomatik missiyalara hücumlar heç vaxt qəbul edilə bilməz - İslandiya XİN

Bakı. TurkicWorld

İslandiya Tehranda Azərbaycan səfirliyinə edilmiş hücumu qınayıb.

TurkicWorld-in məlumatına görə, bu barədə İslandiya Xarici İşlər Nazirliyinin (XİN) tvitter hesabında qeyd edilib.

"İslandiya Tehranda Azərbaycan səfirliyinə hücumu qınayır. Diplomatik missiyalara və heyətə qarşı hücumlar heç vaxt qəbul edilə bilməz. Biz həlak olanın ailəsinə başsağlığı veririk və yaralılara sürətlə sağalmalarını arzu edirik", - deyə bildirilib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.