Biz hər zaman Azərbaycanla bir və bərabərik - Fuat Oktay

Biz hər zaman Azərbaycanla bir və bərabərik - Fuat Oktay

Bakı. Trend:

Azərbaycanın Tehran səfirliyinə edilən xain hücumu pisləyirəm.

Trend-in məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay tvitter hesabında bildirib.

"Hücum zamanı həlak olan mühafizəçiyə Allahdan rəhmət, ailəsinə və Azərbaycan xalqına başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirəm.

Biz hər zaman Azərbaycanla bir yerdəyik", - deyə F. Oktay əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.