Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

BAKI,TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Bu barədə Türkiyə Prezidenti sosial şəbəkələrdə paylaşım edib.

"Ölkəm və millətim adından dost və qardaş Azərbaycanı "Müstəqilliyin Bərpası Günü" münasibətilə ürəkdən təbrik edirəm. Qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə, kədərdə və sevincdə hər zaman bir olduğumuz Azərbaycanlı qardaşlarıma salamlarımı çatdırıram", - deyə paylaşımda qeyd olunub.

Mövzuya görə xəbərlər