Son dəqiqə

Azərbaycan Xarici İşlər Nazirliyi Ceyhun Bayramov Ukrayna İkitərəfli münasibətlər

Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri ilə görüşüb

BAKI,TurkicWorld

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri Kirilo Budanovla görüşüb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, tərəflər Azərbaycan və Ukrayna arasında intensiv siyasi dialoqu və yüksək səviyyəli təmasları müsbət qiymətləndirərək bunun ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verdiyini vurğulayıblar.

Qeyd olunub ki, görüşdə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Tərəflər, həmçinin inkişaf edən regional və beynəlxalq təhlükəsizlik mühiti, mövcud geosiyasi proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı Azərbaycan və Ukrayna arasında qarşılıqlı maraq doğuran sahələrdə davamlı dialoq və praktiki əməkdaşlığın əhəmiyyəti bir daha təsdiqlənib.

Mövzuya görə xəbərlər