ABŞ müdafiə naziri yaxın vaxtlarda türkiyəli həmkarı ilə danışıqlar aparacaq - Pentaqon

ABŞ müdafiə naziri yaxın vaxtlarda türkiyəli həmkarı ilə danışıqlar aparacaq - Pentaqon

Bakı. TurkicWorld:

ABŞ və Türkiyənin müdafiə nazirləri Lloyd Ostin və Hulusi Akar arasında yaxın vaxtlarda təmaslar planlaşdırılır.

TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder brifinq zamanı deyib.

"Türkiyəli müttəfiqlərimizlə əlaqələrimizə gəlincə, biz onlarla həm yüksək komandanlıq səviyyəsində, həm də əməliyyat səviyyəsində müntəzəm əlaqə saxlayırıq. Məlumat verə bilərəm ki, müdafiə naziri Ostin yaxın vaxtlarda türkiyəli həmkarı ilə danışıqlar aparacaq", - deyə o bildirib.