2023-cü il seçkilərində tariximizin ən böyük qələbəsini qazanmağımıza heç kim mane ola bilməz - Ərdoğan

2023-cü il seçkilərində tariximizin ən böyük qələbəsini qazanmağımıza heç kim mane ola bilməz - Ərdoğan

Allahın izni ilə 2023-cü il Türkiyə prezident seçkilərində tariximizin ən böyük qələbəsini qazanmağımıza heç kim mane ola bilməz.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NEF Stadionunda keçirilən "İstanbulun vədi: Birlik, İradə, Zəfər Proqramı"nda çıxışı zamanı deyib.

R.T.Ərdoğan bildirib ki, Türkiyənin öz təhlükəsizliyi üçün sərhədləri xaricində müəyyən etdiyi ərazilərdə hər cür sərəncam haqqı var: "Bu hüququ həyata keçirməyimizə heç kim mane ola bilməz".