Türkiyə XİN Çinin Urumçi şəhərində baş verən yanğınla bağlı məlumat yayıb

Türkiyə XİN Çinin Urumçi şəhərində baş verən yanğınla bağlı məlumat yayıb

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Sincan-Uyğur Muxtar Bölgəsinin mərkəzi Urumçidə baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı Çin rəsmilərindən izahat istəyib.

TurkicWorld -un məlumatına görə, bu barədə Nazirliyin açıqlamasında bildirilib.

Türkiyə XİN Urumçidə baş vermən yanğın nəticəsində həlak olanlarla bağlı dərin hüzn hissini ifadə edib.

Nazirlik bu faciəvi hadisə ilə əlaqədar ailələrinə və yaxınlarına başsağlığı verir və həlak olanların tezliklə sağalmasını arzulayır.

"Yanğının səbəbləri ilə bağlı ictimaiyyətin məlumatlandırılmasını gözləyirik", - deyə qeyd olunub.

Qeyd edək ki, Urumçidə karantinə alınan evdə baş verən yanğında 10 nəfər ölüb.