Son dəqiqə

Azərbaycan Pakistan Zakir Həsənov Asim Munir

Zakir Həsənov Pakistana başsağlığı verib

BAKI,TurkicWorld

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov helikopter qəzası ilə bağlı Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.

TurkicWorld xəbər verir ki, başsağlığında qeyd olunub:

"Pakistan Ordusuna məxsus Mİ-17 tipli helikopterin yaranmış texniki nasazlıq səbəbindən Müzəffərabad şəhəri yaxınlığında qəzaya uğraması və ekipaj üzvlərinin həlak olması barədə xəbər məni dərindən kədərləndirdi.

Baş vermiş aviaqəza nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin."

Mövzuya görə xəbərlər