...

Ceyhun Bayramov Qazaxıstanın Aktau şəhərinə səfərə gəlib

Siyasət Digər xəbərlər 25 Noyabr 2022 08:46
TurkicWorld Daspina Hasanova
Ceyhun Bayramov Qazaxıstanın Aktau şəhərinə səfərə gəlib

25 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin ikinci üçtərəfli görüşündə iştirak məqsədilə Qazaxıstanın Aktau şəhərinə səfərə gedib.

Bu barədə TurkicWorld Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.

Bildirilib ki, 27 iyun 2022-ci il tarixində Bakı şəhərində keçirilmiş birinci görüşün davamı kimi bu platformanın məqsədi qeyd olunan ölkələr arasında nəqliyyat, tranzit, kommunikasiya, ticarət və bir sıra digər istiqamətlərdə əlaqələndirilmiş əməkdaşlığın inkişafına töhfə verməkdir. Aktau görüşündə Gürcüstan nümayəndə heyətinin də iştirakı nəzərdə tutulub.

Məqalədə:
Xəbərlər

Xəbər lenti