Son dəqiqə

Ceyhun Bayramov Somali

Azərbaycan və Somali arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub - Ceyhun Bayramov

Bakı, TurkicWorld

Bu gün Azərbaycan və Somali arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub.

TurkicWorld xəbər verir ki, bu barədə bu gün xarici işlər naziri Ceyhun Bayramov Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi ilə birgə mətbuat konfransında deyib.

"Səfər ölkələrimiz arasında dostluq və əməkdaşlığın parlaq nümunəsidir. Bu il münasibətlərimiz üçün xüsusi əhəmiyyət kəsb edir. 2024-cü ildə Azərbaycan və Somali arasında diplomatik əlaqələrin qurulmasının ildönümünü qeyd edirik və son illərdə əməkdaşlığın əhəmiyyətli dərəcədə gücləndiyini vurğulamaq istərdim.

Biz danışıqlar aparmaq üçün beynəlxalq forumlar və ikitərəfli görüşlərin imkanlarından istifadə edirik. Bir neçə dəfə Somali nümayəndələri ilə görüşlər keçirilib. 2023-cü ilin iyul ayında ölkələrimiz arasında siyasi məsləhətləşmələrə dair saziş imzaladıq ki, bu da mühüm addımdır", - o deyib.

Mövzuya görə xəbərlər