Bakı. TurkicWorld:
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran Vaşinqtonun beynəlxalq hüquqa riayət etməsi və İranın "qırmızı xətlərini" nəzərə alması şərti ilə ABŞ ilə ədalətli razılaşmaya gələ bilər.
TurkicWorld xəbər verir ki, оnun sözlərinə görə, İslam Respublikası regionda sülhü və uzunmüddətli sabitliyi təmin edəcək balanslaşdırılmış və ədalətli sazişin bağlanmasına hazırdır.
O qeyd edib ki, ABŞ beynəlxalq normalar çərçivəsində hərəkət edərsə, razılaşmanın əldə olunması mümkündür.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.







