Son dəqiqə

İran texnologiya siyasəti internet bağlantısı rəqəmsal məhdudiyyətlər NetBlocks İran interneti beynəlxalq şəbəkə internet kəsintisi

İranda 88 günlük internet kəsintisindən sonra bağlantı qismən bərpa edildi

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranda internet xidmətləri ilə bağlı yeni inkişaf qeydə alınıb.

TurkicWorld xəbər verir ki, NetBlocks monitorinq qrupunun yaydığı məlumata əsasən, ölkədə beynəlxalq internet şəbəkələrindən demək olar ki, tam təcrid vəziyyətində davam edən 88 günlük kəsintidən sonra internet bağlantısı qismən bərpa olunub.

Məlumata görə, bu addım İran mediasında Prezident Məsud Pezeşkiyanın ölkə üzrə internet çıxışının bərpası ilə bağlı göstəriş verdiyinə dair xəbərlərin yayılmasından bir gün sonra atılıb.

Bildirilir ki, qərar müasir tarixdə ən uzunmüddətli ümummilli internet məhdudiyyətlərindən birinin sona çatması kimi qiymətləndirilir.

Mütəxəssislərin fikrincə, internetə çıxışın bərpası ölkənin iqtisadi fəaliyyəti, kommunikasiya imkanları və rəqəmsal xidmət sektoruna da təsir göstərə bilər.

Mövzuya görə xəbərlər