Son dəqiqə

İran Səudiyyə Ərəbistanı Yəmən Yaxın Şərq Husilər Hava məkanı Səna Beynəlxalq Hava Limanı

Yəməndə fəaliyyət göstərən Husilər Səudiyyə Ərəbistanını hədələyiblər

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanını hava məkanını pozacağı və ya onlara qarşı hərbi əməliyyat keçirəcəyi təqdirdə ölkənin hava limanlarını və mühüm infrastrukturunu hədəfə alacaqları ilə hədələyiblər.

TurkicWorld xəbər verir ki, husilərin silahlı qüvvələri yaydıqları bəyanatda Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələrin İranın mülki təyyarəsinin Səna Beynəlxalq Hava Limanına enişinə mane olmağa cəhd göstərdiyini iddia ediblər.

Bəyanatda qeyd olunub ki, əgər Səudiyyə Ərəbistanı Yəmənin hava məkanını pozarsa və ya ölkəyə qarşı hərbi əməliyyat həyata keçirməyə cəhd edərsə, husilər krallığın hava limanlarını və digər strateji obyektlərini hədəfə alacaqlar.

Səudiyyə Ərəbistanı isə husilərin irəli sürdüyü hava məkanının pozulması ilə bağlı iddialara hələlik rəsmi münasibət bildirməyib.

Mövzuya görə xəbərlər