Son dəqiqə

İsrail ABŞ Hava zərbələri Hörmüz boğazı Pakistan vasitəçiliyi Regional Təhlükəsizlik İran Silahlı Qüvvələri Əbülfəzl Şekarçi Larak adası

İran ABŞ və İsrailə xəbərdarlıq etdi: “Yeni hücum olarsa cavab daha ağır olacaq”

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti ilə bağlı yeni açıqlamalar verilib.

TurkicWorld xəbər verir ki, İran Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndəsi Əbülfəzl Şekarçi ABŞ və İsrailin İrana qarşı mümkün yeni hava hücumları ilə bağlı sərt mövqe nümayiş etdirib.

Onun sözlərinə görə, əgər region yeni müharibə mərhələsinə daxil olarsa, İranın cavabı daha geniş miqyaslı olacaq və regional sərhədlərlə məhdudlaşmayacaq.

Əbülfəzl Şekarçi bildirib ki, İrana qarşı yeni hava zərbələrinin həyata keçirilməsi halında Tehran tərəfindən veriləcək cavab əvvəlkilərdən daha ağır və daha güclü olacaq.

Bundan əvvəl İranın Fars yarı-rəsmi xəbər agentliyi ABŞ və İsrail təyyarələrinin Hörmüz boğazı yaxınlığında, Larak adasının cənub hissəsində yerləşən İran gəmilərinə zərbə endirdiyi barədə məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində bir neçə İran vətəndaşı həlak olub.

Son hadisələrin Pakistanın vasitəçiliyi ilə aparılan diplomatik təşəbbüslər və münaqişənin dayandırılması səyləri fonunda baş verməsi diqqət çəkir.

Mövzuya görə xəbərlər