Son dəqiqə

Türkiyə Mövlud Çavuşoğlu Liviya

Türkiyə Liviyada uzunmüddətli sülh və sabitliyin tərəfdarıdır - Çavuşoğlu

Bakı. TurkicWorld:

Türkiyə Liviyada uzunmüddətli sülh və sabitliyin tərəfdarıdır.

TurkicWorld xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tripolidə liviyalı həmkarı Nəclə Manquşla birgə mətbuat konfransında deyib.

“Liviyada atəşkəs razılaşması uzunmüddətli sülh üçün yer açmalıdır. Siyasi həllin yolu dialoqdan keçir”, - Çavuşoğlu vurğulayıb.

O qeyd edib ki, Türkiyə Liviyada ümumi seçkilərin keçirilməsi səylərinə mümkün töhfə verməyə hazırdır.

Mövzuya görə xəbərlər