Son dəqiqə

NATO Rusiya Ukrayna Vladimir Putin Moskva Volodimir Zelenski Kiyev Rusiya-Ukrayna müharibəsi və NATO Rusiya Ukrayna müharibəsi Rusiya Ukrayna sülh təşəbbüsü Rusiya Ukrayna müharibəsi və ABŞ

Rusiya-Ukrayna müharibəsinin dördüncü ili: Kremlin sürətli qələbə planı niyə iflasa uğradı?

BAKI,TurkicWorld, Fərid Mikayılov

24 fevral 2022-ci ildə Rusiya Prezidenti Vladimir Putinin “xüsusi hərbi əməliyyat” adlandırdığı qərar Avropada İkinci Dünya müharibəsindən bəri ən böyük quru müharibəsinin başlanğıcına çevrildi. Kreml sürətli qələbə və Kiyevdə hakimiyyət dəyişikliyi planlaşdırırdı, lakin dörd il sonra müharibə uzanan, tükəndirici və yüksək maliyyətli qarşıdurma mərhələsinə keçib.

Sürətli hücum ssenarisi və ilk uğursuzluq

Müharibənin ilk saatlarında Rusiya Ukrayna ərazisinə raket zərbələri endirdi, hava limanları və hərbi obyektlər hədəfə alındı. Sərhədə toplanmış qoşun birləşmələri paytaxt Kiyev istiqamətində irəlilədi və hətta şəhərin 15 kilometrliyinə qədər yaxınlaşdı. Lakin planlaşdırılan sürətli çöküş baş vermədi. Ukrayna rəhbərliyi geri çəkilmədi, əksinə, müqavimət təşkil etdi.

Politoloq Turab Rzayevin TurkicWorld-ya eksklüziv açıqlamasına görə, Rusiya ilkin mərhələdə beynəlxalq təbliğat və hərbi təzyiq vasitəsilə Ukraynada qısa müddətdə hakimiyyət dəyişikliyinə nail olacağını düşünürdü.

“Moskva hesab edirdi ki, Zelenski komandasını geri çəkilməyə məcbur edə biləcək və özünə yaxın siyasi fiquru hakimiyyətə gətirəcək. Lakin bu ssenari iflasa uğradı” – deyə o bildirib.

Kiyev planı baş tutmadıqdan sonra Rusiya taktikanı dəyişərək şərq cəbhəsində uzunmüddətli və tükəndirici müharibə modelinə keçdi. Rzayevin sözlərinə görə, Moskvanın yeni məqsədi Ukraynanın infrastrukturunu sistemli şəkildə dağıtmaq, insan resurslarını zəiflətmək və müharibəni uzadaraq Kiyevi danışıqlara məcbur etmək idi.

Eyni zamanda Kreml Qərb blokunda parçalanma yaratmağa çalışır. Analitik qeyd edir ki, Rusiya həm Avropa İttifaqı daxilində, həm də ABŞ və Böyük Britaniya ilə Aİ arasında fikir ayrılıqlarını dərinləşdirməyə cəhd göstərir. Bu isə vahid qərar mexanizminin zəifləməsinə hesablanıb.

Tarixi kontekst və geosiyasi arqumentlər

Rusiya Ukraynanın NATO və Avropa İttifaqına inteqrasiya səylərinə kəskin şəkildə qarşı çıxırdı. 2014-cü ildə Krımın ilhaqı və Donbasda münaqişənin başlanması artıq uzunmüddətli qarşıdurmanın əsasını qoymuşdu. Putin “tarixi birlik” arqumenti ilə Krımın ilhaqını əsaslandırmağa çalışırdı və Ukraynanın geosiyasi istiqamətinin dəyişməsini təhlükə kimi təqdim edirdi.

Lakin müharibə “asan gəzinti” olmadı. Zelenskinin rəhbərliyi altında Ukrayna müdafiəni təşkil etdi və döyüşlər uzunmüddətli xarakter aldı.

Daxili təzyiq və iqtisadi məngənə

Rzayev hesab edir ki, müharibənin uzanması Rusiyanın öz daxilində ciddi sosial-iqtisadi problemlər yaradıb. Onun sözlərinə görə, yüz minlərlə insan itkisi, Qərb sanksiyaları, bank və kredit faizlərinin artması, xarici şirkətlərin ölkədən çıxması və işçi qüvvəsi çatışmazlığı iqtisadi təzyiqi dərinləşdirib.

“Rusiya müharibənin maliyyə yükünü faktiki olaraq əhalinin üzərinə yönəldir. Bu isə iqtisadi daralmanı sürətləndirir” – deyə politoloq vurğulayıb.

Ekspert əlavə edib ki, ABŞ Rusiyanın Çin, İran, Türkiyə, Braziliya və Hindistanla enerji və ticarət əlaqələrini zəiflətməyə çalışır. Alternativ neft marşrutları və ikinci dərəcəli sanksiyalar Moskvanın ixrac imkanlarını məhdudlaşdırmağa yönəlib. Onun fikrincə, bu mexanizm uğurlu olarsa, Rusiya getdikcə daha çox Çin bazarından asılı vəziyyətə düşə bilər.

Dörd il sonra mənzərə

2026-cı ilin fevralına olan vəziyyət göstərir ki, münaqişənin sürətli hərbi həlli görünmür. Müharibə həm cəbhədə, həm də iqtisadi və diplomatik müstəvidə davam edir. Kreml üçün sürətli qələbə planı reallıqla toqquşdu və qarşıdurma uzanan strateji mübarizəyə çevrildi.

Dördüncü ilə daxil olan müharibə artıq təkcə Ukrayna ərazisində deyil, qlobal enerji, təhlükəsizlik və iqtisadi balans sistemində də ciddi dəyişikliklər yaradıb.

Turab RzayevRusiya Ukrayna müharibəsimüharibənin 4-cü iliKremlin strategiya dəyişikliyiKiyev planının iflasıtükəndirici müharibəQərbdə parçalanmaRusiya sanksiyalarRusiya iqtisadi təzyiqenerji ixracı riskləri

Turab Rzayev analizRusya Ukrayna savaşısavaşın 4. yılıKremlin strateji değişimiKiev planı başarısızyıpratma savaşıBatı’da ayrışmaRusya yaptırımlarRusya ekonomik baskıenerji ihracatı riski

Turab Rzayev analysisRussia Ukraine warfourth year of warKremlin strategy shiftKyiv campaign failedwar of attritionWestern unity fracturesRussia sanctions pressureRussian economy strainenergy export leverage

Тураб Рзаеввойна Россия Украиначетвертый год войнысмена стратегии Кремляпровал плана Киеввойна на истощениераскол Западасанкции против Россиидавление на экономикуриски экспорта энергии

تحليل توراب رضايفحرب روسيا أوكرانياالعام الرابع للحربتغير استراتيجية الكرملينفشل خطة كييفحرب استنزافانقسام الغربعقوبات على روسياضغط اقتصادي روسيمخاطر صادرات الطاقة

تحلیل توراب رضایفجنگ روسیه اوکراینسال چهارم جنگتغییر راهبرد کرملینشکست طرح کی‌یفجنگ فرسایشیشکاف در غربتحریم‌های روسیهفشار اقتصادیریسک صادرات انرژی

Turab Rzayev AnalyseRussland Ukraine Kriegviertes KriegsjahrKreml StrategiewechselKiew-Plan gescheitertAbnutzungskriegSpaltung des WestensSanktionen gegen Russlandwirtschaftlicher DruckEnergieexport-Risiko

analyse Turab Rzayevguerre Russie Ukrainequatrième annéechangement stratégie du Kremlinéchec du plan sur Kievguerre d’attritionfractures occidentalessanctions contre la Russiepression économiquerisques énergie

análisis Turab Rzayevguerra Rusia Ucraniacuarto añocambio de estrategia del Kremlinfracaso en Kievguerra de desgastedivisión occidentalsanciones a Rusiapresión económicariesgo exportación energética

analisi Turab Rzayevguerra Russia Ucrainaquarto annocambio strategia Cremlinopiano su Kiev fallitoguerra di logoramentofratture occidentalisanzioni alla Russiapressione economicarischio export energia

análise Turab Rzayevguerra Rússia Ucrâniaquarto anomudança estratégia do Kremlinplano de Kiev falhouguerra de desgastedivisão do Ocidentesanções à Rússiapressão econômicarisco exportação de energia

Turab Rzayev analyseRusland Oekraïne oorlogvierde oorlogsjaarKremlin strategie shiftKyiv plan misluktuitputtingsoorlogwesterse verdeeldheidsancties tegen Ruslandeconomische drukenergie-export risico

Turab Rzayev analysRyssland Ukraina krigfjärde krigsåretKreml strategiändringKiev-planen misslyckadutnötningskrigvästlig splittringsanktioner mot Rysslandekonomisk pressenergiexport risk

Turab Rzayev analyseRussland Ukraina krigfjerde åretKreml strategiskifteKiev-plan feiletutmatningskrigvestlig splittelsesanksjoner mot Russlandøkonomisk pressenergieksport risiko

Turab Rzayev analyseRusland Ukraine krigfjerde krigsårKreml strategiskiftKiev-plan mislykkedesnedslidningskrigvestlig splittelsesanktioner mod Ruslandøkonomisk presenergieksport risiko

Turab Rzayev analyysiVenäjä Ukraina sotasodan neljäs vuosiKremlin strategiamuutosKiova-suunnitelma epäonnistuikulutussotalännen jakautuminenVenäjä-pakotteettalouspaineenergia viennin riski

analiza Turab Rzayevwojna Rosja Ukrainaczwarty rok wojnyzmiana strategii Kremlaplan Kijowa upadłwojna na wyniszczeniepodziały Zachodusankcje na Rosjępresja gospodarczaryzyko eksportu energii

analýza Turab Rzayevválka Rusko Ukrajinačtvrtý rok válkyzměna strategie Kremlukyjevský plán selhalopotřebovací válkarozkol Západusankce proti Ruskuekonomický tlakriziko exportu energie

analýza Turab Rzayevvojna Rusko Ukrajinaštvrtý rok vojnyzmena stratégie Kremľakyjevský plán zlyhalopotrebovacia vojnarozkol Západusankcie proti Ruskuekonomický tlakriziko vývozu energie

Turab Rzayev elemzésorosz ukrán háborúa háború negyedik éveKreml stratégiai váltásKijev-terv kudarcfelőrlő háborúnyugati megosztottságorosz szankciókgazdasági nyomásenergiaexport kockázat

analiză Turab Rzayevrăzboi Rusia Ucrainaal patrulea anschimbare strategie Kremlinplanul Kiev eșuatrăzboi de uzurădiviziuni occidentalesancțiuni Rusiapresiune economicărisc export energie

анализ Тураб Рзаеввойна Русия Украйначетвърта годинасмяна стратегия Кремълпровал план Киеввойна на изтощениеразделение на Западасанкции срещу Русияикономически натискриск енергиен износ

ανάλυση Turab Rzayevπόλεμος Ρωσία Ουκρανίατέταρτο έτοςαλλαγή στρατηγικής Κρεμλίνουαποτυχία σχεδίου Κιέβουπόλεμος φθοράςρήγματα Δύσηςκυρώσεις στη Ρωσίαοικονομική πίεσηκίνδυνος εξαγωγών ενέργειας

ניתוח טוראב רזאייבמלחמת רוסיה אוקראינהשנה רביעיתשינוי אסטרטגיית הקרמליןכישלון תוכנית קייבמלחמת התשהסדקים במערבסנקציות על רוסיהלחץ כלכליסיכון יצוא אנרגיה

तुराब रज़ायेव विश्लेषणरूस यूक्रेन युद्धयुद्ध का चौथा वर्षक्रेमलिन रणनीति बदलावकीव योजना विफलघिसावट युद्धपश्चिम में विभाजनरूस पर प्रतिबंधआर्थिक दबावऊर्जा निर्यात जोखिम

توراب رضایف تجزیہروس یوکرین جنگجنگ کا چوتھا سالکریملن حکمت عملی تبدیلیکیف منصوبہ ناکامجنگِ استنزافمغربی اختلافاتروس پر پابندیاںمعاشی دباؤتوانائی برآمد خطرہ

图拉布·勒扎耶夫 分析俄乌战争战争第四年克里姆林宫战略转变基辅行动失败消耗战西方分歧对俄制裁俄经济压力能源出口风险

トゥラブ・ルザエフ 分析ロシア ウクライナ戦争戦争4年目クレムリン戦略転換キーウ作戦失敗消耗戦西側の亀裂対ロ制裁ロシア経済圧力エネルギー輸出リスク

투라브 르자예프 분석러시아 우크라이나 전쟁전쟁 4년차크렘린 전략 변화키이우 작전 실패소모전서방 분열대러 제재러시아 경제 압박에너지 수출 리스크

analisis Turab Rzayevperang Rusia Ukrainatahun keempat perangpergeseran strategi Kremlinrencana Kyiv gagalperang atrisiperpecahan Baratsanksi terhadap Rusiatekanan ekonomirisiko ekspor energi

Mövzuya görə xəbərlər