Son dəqiqə

Azərbaycan ABŞ ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens

Ərazi sularının qorunması ilə bağlı Azərbaycana yeni qayıqlar göndərəcəyik - Vens

BAKI,TurkicWorld

Ərazi sularının qorunması ilə bağlı Azərbaycana yeni qayıqlar göndərəcəyik.

TurkicWorld

xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.

TRIPP layihəsindən də söz açan Vens deyib: “Ümid edirik ki, Azərbaycan ilə Ermənistan arasında həqiqətən inanılmaz sülh sazişinin dayanıqlı olmasını mümkün edəcək iqtisadi, təbii sərvətlər, əsas minerallar üzrə əməkdaşlıq növü qurulacaq. Bilirik ki, toqquşmanın qarşısını alacaq və müharibələrə imkan verməyəcək mühüm məsələlərdən biri iki xalq arasında qarşılıqlı mədəni mübadilələrdir. Onlar birgə çalışanda böyük əmin-amanlıq yaranır və bir-biri ilə mübarizə aparmır”.

Mövzuya görə xəbərlər