Son dəqiqə

Azərbaycan Pakistan Məhəmməd Şahbaz Şərif Zayed İnsan Qardaşlığı Mükafatı

Prezident İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır - Pakistanın Baş naziri

BAKI, TurkicWorld

Pakistan ilə Azərbaycanı dərin kökləri olan qardaşlıq, qətiyyətli qarşılıqlı dəstək telləri bağlayır, xalqlarımızı çalışdıqları qlobal sülh, rifah və dayanıqlı inkişaf dəyərləri birləşdirir.

TurkicWorld xəbər verir ki, bu barədə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimində videomüraciətində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bildirib.

O əlavə edib: "Biz Prezident İlham Əliyevin müdrik və düşünülmüş rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlərdən fəxr hissi duyuruq. O, Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır".

Mövzuya görə xəbərlər