BAKI,TurkicWorld
Son dövrlərdə ölkələrimiz arasındakı fəal siyasi dialoqun şahidi oluruq. Bu da ikitərəfli əlaqələrin mövcud vəziyyətinin və gələcək perspektivlərinin ətraflı müzakirəsinə imkan yaradır.
TurkicWorld xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosiasla birgə keçirdiyi brifinqdə deyib.
Spiker bildirib ki, iki ölkə arasında bir sıra istiqamətlər üzrə uğurlu əməkdaşlıq mövcuddur:
"Bu əməkdaşlığın daha da genişləndirilməsi, yeni istiqamətləri də əhatə etməsi üçün yaxşı imkanlar var. Eyni zamanda, müqavilə-hüquq bazasının genişləndirilməsi üzərində iş aparılır. Elm, təhsil və mədəniyyət sahələrindəki əməkdaşlıq da olduqca vacibdir. Bu sahələrdə əlaqələrin gücləndirilməsi xalqlarımızın, xüsusən gənclərimizin bir-birini daha da yaxından tanımasına və yaxınlaşmasına imkan yaradacaq".







