Son dəqiqə

Azərbaycan Kərim Vəliyev Qətər Doha Azərbaycan Ordusunun Baş Qərargahı

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qətərdədir

BAKI,TurkicWorld

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Silahlı Qüvvələri tərəfindən təşkil edilən 9-cu Doha Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransında ("DIMDEX 2026") iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.

TurkicWorld xəbər verir ki, Müdafiə nazirliyi məlumat yayıb.

Bildirilib ki, dəniz təhlükəsizliyi və müdafiə sahəsində beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma hesab olunan "DIMDEX 2026" sərgisinin rəsmi açılış mərasimindən sonra general-polkovnik K.Vəliyev və digər ölkələrdən olan rəsmi nümayəndə heyətləri sərgi pavilyonlarında yerləşən stendlərə baxış keçiriblər.

Mövzuya görə xəbərlər