Azərbaycanda keçirilən “Teknofest” gözlədiyimizdən də çox maraqla qarşılandı - Səlçuk Bayraktar

Azərbaycanda keçirilən “Teknofest” gözlədiyimizdən də çox maraqla qarşılandı - Səlçuk Bayraktar

Azərbaycanda keçirilən “Teknofest” gözlədiyimizdən daha da çox maraqla qarşılandı.

Bu barədə Trend-in suallarını cavablayarkən Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktar deyib.

O qeyd edib ki, “Bir millət, iki dövlət, tək festival” şüarı festivalda bir daha sübut edildi.

“Azərbaycanda yenidən “Teknofest” festivalı keçirmək istəyərdik. Bizim üçün bu il keçirilən festival gözəl bir təcrübə oldu. Bu festival həmçinin yaxşı gündə, pis gündə daim birlikdə olduğumuzun bir göstəricisi oldu”, - deyə o əlavə edib.