Son dəqiqə

Milli Məclis Sahibə Qafarova Avropa Parlamenti

Avropa Parlamenti Azərbaycan əleyhinə qeyri-obyektiv və qərəzli siyasətini davam etdirir – Spiker

Bakı, TurkicWorld

Təəsüflə qeyd olunmalıdır ki, Avropa Parlamenti Azərbaycan əleyhunə qətnamə qəbul etməsi ilə qeyri-obyektiv və qərəzli siyasətini davam etdirib.

TurkicWorld xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.

"Qətnamədə yer alan siyasi məhbusların mövcudluğu, akademik azadlıqların pozulması kimi ittihamları qətiyyətlə rədd edirik", - deyə o bildirib.

Spiker qeyd edib ki, Azərbaycan dövləti öz vətəndaşları qarşısında cavabdehliyi prinsiplərinə əməl edir:

"İnsan hüquq və azadlıqlarının müdafiəsi yalnız milli hüquq və dövlətin suverenliyi prinsiplərinə riayət edilməklə qorunmalıdır".

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər