Türkmənistan Heydər Əliyev Fondu Leyla Əliyeva Türkmənbaşı Türkmənistanın milli mətbəxi Galkynysh Milli At Oyunları Qrupu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib

BAKI, TurkicWorld

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistana səfəri çərçivəsində dekabrın 9-da Türkmənbaşı şəhərində "Galkynysh" Milli At Oyunları Qrupunun təqdimatını izləyib və Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib.

TurkicWorld xəbər verir ki, Türkmənistanın qədim atçılıq ənənələrini, milli mədəniyyətini və folklorunu qoruyan "Galkynysh" Milli At Oyunları Qrupu çıxışı zamanı qonaqlara zəngin mədəni irsi nümayiş etdirib.

Nümayişdən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanın milli mətbəxinə həsr olunan sərgi ilə tanış olub.

Qonaqlara Türkmənistan mətbəxinin ənənələri barədə ətraflı məlumat verilib. Tədbir musiqi tamaşaları və rəqs qruplarının nömrələri ilə müşayiət olunub.

Mövzuya görə xəbərlər