Son dəqiqə

ICESCO Heydər Əliyev Fondu Bakı Konqres Mərkəzi İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların (CulTech) inkişafı Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı Mərkəz) Alhoucine Rhazouin SESRİC qurum Özbəkistan Yaradıcı Mərkəzi Abdulvali Haydarov

İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı mövzusunda panel sessiyalar təşkil olunub

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı, Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə 5-11 dekabr tarixlərində “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçirilir.

TurkicWorld xəbər verir ki, dekabrın 8-də Bakı Konqres Mərkəzində festivalın rəsmi açılışından sonra panel sessiyalar təşkil olunub.

"İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların (CulTech) inkişafı" mövzusunda ilk panel ICESCO ilə əməkdaşlıq çərçivəsində reallaşıb.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova açılış nitqi Mədəniyyət Nazirliyi tərəfindən son illərdə mədəniyyət və yaradıcı sənayelər sahəsində bir sıra diqqətəlayiq layihələr həyata keçirildiyini bildirib. Qeyd olunub ki, nazirlik tərəfindən ötən il Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı Mərkəz) təsis olunub. Əsas məqsəd gənc istedadları dəstəkləmək, onların ixtisaslarını artırmaq və yaradıcılıq potensialının reallaşdırılmasına şərait yaratmaqdır.

Səadət Yusifova Mədəniyyət Nazirliyinin mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı barədə də məlumat verib.

Sonra panel İƏT Mədəniyyət işləri departamentinin direktoru Alhoucine Rhazouinin moderatorluğu ilə davam edib.

Türkiyənin Yunus Emrə İnstitutunun direktoru Əbdürrəhman Əli, ICESCO-nun Bakıdakı regional mərkəzinin nümayəndəsi Məryəm Qafarzadə, SESRİC qurumunun (Türkiyə) departament rəhbəri Atilla Kahraman və Özbəkistan Yaradıcı Mərkəzinin baş direktoru Abdulvali Haydarov mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Paneldə yaradıcılıq, mədəniyyət və texnologiyanın inteqrasiyası üçün vahid modelin qurulması, İƏT-ə üzv ölkələrdə yaradıcı gəncləri bir araya gətirən hakatonların təşkili, yaradıcılıq layihələrinin kommersiyalaşdırılması üçün mentorluq, təlim və investor əlaqələrinin qurulması və digər mövzular üzrə müzakirələr aparılıb, bu sahədə əməkdaşlığın zəruriliyi vurğulanıb.

Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

Mövzuya görə xəbərlər