Son dəqiqə

Xarici İşlər Nazirliyi Ceyhun Bayramov Ceyhun Bayramov Roma Papası XIV Leo görüşü İqnatsio La Russa Azərbaycan və İtaliya əlaqələri parlamentlərarası əlaqələrin genişləndirilməsi müzakirəsi

Azərbaycan XİN rəhbəri İtaliya Senatının rəhbəri ilə regional sabitliyi müzakirə edib

BAKI, TurkicWorld

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində ölkə Senatının Prezidenti İqnatsio La Russa ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə XİN "X" sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilir ki, tərəflər Azərbaycan və İtaliya arasında güclü strateji tərəfdaşlıq münasibətləri barədə konstruktiv fikir mübadiləsi apardılar, siyasi dialoq və əməkdaşlığın davamlı inkişafını vurğulayıblar.

Müzakirələr parlamentlərarası əlaqələrin genişləndirilməsi, enerji, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın dərinləşdirilməsi, eləcə də regional sülh və sabitliyin dəstəklənməsi səylərinin gücləndirilməsi perspektivlərini əhatə edib.

Mövzuya görə xəbərlər