Son dəqiqə

Araz çayı Hikmət Hacıyev Zəngəzur dəhlizi Zəngəzur dəhlizi əhəmiyyəti Ağbənd–Kəlalə körpüsü Şərq-Qərb marşrutu Şimal–Cənub və Cənub-Qərb marşrutları

Ağbənd–Kəlalə körpüsü mühüm qovşaq və kəsişmə nöqtəsidir - Hikmət Hacıyev

BAKI,TurkicWorld

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında Zəngəzur dəhlizindən video paylaşıb.

TurkicWorld xəbər verir ki, paylaşımda qeyd olunub:

"Zəngəzur Dəhlizi — Araz çayı üzərindəki Ağbənd–Kəlalə körpüsündə.

Şanxaydan Londona uzanan Şərq–Qərb marşrutu, həmçinin Hind okeanını Şimal dənizi ilə və Fars körfəzini Qara dənizlə birləşdirən Şimal–Cənub və Cənub-Qərb marşrutlarının kəsişdiyi əsas beynəlxalq nəqliyyat arteriyalarını birləşdirən mühüm qovşaq və kəsişmə nöqtəsidir".

Mövzuya görə xəbərlər