Son dəqiqə

Azərbaycan Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi anlaşma memorandumu BƏƏ

Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqləndi

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi arasında işçi qüvvəsinin mütəşəkkil qaydada müvəqqəti işə cəlb olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilib.

TurkicWorld xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidirlər.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri Hökumətinə bildiriş göndərməlidir.

Mövzuya görə xəbərlər