Son dəqiqə

Azərbaycan Ceyhun Bayramov Azərbaycan XİN Oman

Xarici işlər naziri Ceyhun Bayramov Omana rəsmi səfərə gedib

BAKI, TurkicWorld

28 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfərə yola düşüb.

Bu barədə TurkicWorld -ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun 29 oktyabr tarixində Oman Sultanlığının xarici işlər naziri Bədr ibn Həməd ibn Hammud Əl Busəidi və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi, habelə ölkəmizin Omandakı Səfirliyinin inzibati binasının rəsmi açılış mərasimində iştirakı nəzərdə tutulub.

Mövzuya görə xəbərlər