Bakı. TurkicWorld:
Somali prezidenti Həsən Şeyx Mahmud bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya rəsmi səfər edib. TurkicWorld-un məlumatına görə, Mahmudu prezident kompleksinin qarşısında Ərdoğan və tarixdə qurulan 16 türk dövlətini təmsil edən bayraqlarla əsgərlər qarşılayıb.
Qarşılama mərasimində fəxri qarovulun müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Qeyd edək ki, hər iki prezidentin öncə ikitərəfli daha sonra isə heyətlər arasında görüşü keçiriləcək.