Son dəqiqə

Azərbaycan Milli Məclis Ermənistan Sahibə Qafarova Cenevrə

Cenevrədə Azərbaycan və Ermənistan spikerlərinin görüşü olub

BAKI,TurkicWorld

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfərə gedib.

TurkicWorld-ün məlumatına görə, bu gün Cenevrəyə səfər çərçivəsində Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan arasında görüş keçirilib.

Məlumat üçün bildirək ki, tərəflər sonuncu dəfə 2024-cü il martın 22-də PAİ-nin Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində görüşüblər.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər