Bakı. TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İshaq Hersoq ilə telefon danışığı aparıb.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Komunikasiya İdarəsindən bildiriblər.
Danışıqlar zamanı dövlət başçıları regional məsələlər, o cümlədən terrorizmlə mübarizə və təhlükəsizlik üzrə dialoqun davam etdirilməsi, həmçinin sülh və sabitlik naminə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
Tərəflər ikitərəfli Türkiyə-İsrail münasibətlərinin vəziyyətini və regional məsələləri müzakirə ediblər.
İsrail prezidenti Ankaranın terrorla mübarizədə göstərdiyi səylərə görə türkiyəli həmkarına təşəkkür edib.