ABŞ sülh prosesinin dəstəklənməsi üçün Azərbaycan və Ermənistanla dialoq aparır - Səfir

ABŞ sülh prosesinin dəstəklənməsi üçün Azərbaycan və Ermənistanla dialoq aparır - Səfir

Bakı. TurkicWorld:

ABŞ sülh prosesinin dəstəklənməsi üçün Azərbaycan və Ermənistanla dialoq aparır.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger brifinq zamanı TurkicWorld-un sualını cavablandırarkən deyib.

"ABŞ hazırda Azərbaycan-Ermənistan birbaşa danışıqlarında hansı rolu oynaya biləcəyi barədə həm Bakı, həm də İrəvanla dialoq aparır. Hesab edirik ki, ABŞ bu prosesdə vacib və faydalı rol oynaya bilər. Biz görürük ki, Avropa İttifaqı böyük uğurlara nail olub və biz tərəflər arasında birbaşa təmaslara kömək göstərilməsi üzrə səyləri dəstəkləyirik. Buraya liderlər səviyyəsində, XİN rəhbərləri səviyyəsində təmaslar, sərhədin delimitasiyası üzrə işçi qrupun yaradılması daxildir. Kommunikasiyaların açılması böyük əhəmiyyət daşıyır", - səfir deyib.