Son dəqiqə

Türkiyə Ermənistan

Yaxın vaxtlarda Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü planlaşdırılır

Bakı. TurkicWorld:

Yaxın vaxtlarda Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin görüşü planlaşdırılır.

TurkicWorld-un məlumatına görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan öz "Facebook" səhifəsində yazıb.

Görüşün Ermənistanda baş tutacağı qeyd edilib.

"Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində yaxın günlərdə Ermənistanda xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın görüşü planlaşdırılır", - deyə bildirilib.

Mövzuya görə xəbərlər