Hulusi Akar ilə Ukraynalı həmkarı arasında telefon danışığı olub

Hulusi Akar ilə Ukraynalı həmkarı arasında telefon danışığı olub

Bakı. TurkicWorld:

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akarla Ukraynalı həmkarı Oleksii Reznikov arasında telefon danışığı olub. TurkicWorld-un məlumatına görə bu barədə Nazirliyin Twitter hesabında paylaşım edilib.

Məlumatda bildirilir ki, iki nazir əsasən Ukrayna limanlarında gözləyən ticarət gəmilərini və A400M təyyarələtinin Türkiyəyə təhlükəsiz daşınmasının edilməsi haqqında danışıblar.

Xatırladaq ki, Rusiya hərbi qüvvələri bu il fevral ayının 24-dən etibarən Ukrayna ərazisində hərbi əməliyyatlara başlayıb.