Son dəqiqə

Azərbaycan Əfqanıstan zəlzələ seysmik stansiya seysmik hadisələr Seysmik aktivlik Zəlzələnin təsiri və nəticələri zəlzələ qorxusu uşaqlarda zəlzələ qorxusu zəlzələ sonrası layihələr

Əfqanıstanın Bakıdakı səfirliyində başsağlığı kitabı açılıb

BAKI, TurkicWorld, Nailə Babazadə

Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələnin qurbanlarının xatirəsini yad etmək üçün ölkənin Bakıdakı Səfirliyində Başsağlığı kitabı açılıb.

Səfirlikdən TurkicWorld-ə verilən məlumata görə, kitabı imzalamaq və təziyələrini bildirmək üçün cümə axşamı sentyabrın 4-ü saat 10:00-dan etibarən səfirliyə müraciət etmək olar.

Qeyd edək ki, Əfqanıstan Qızıl Aypara Cəmiyyəti zəlzələdə min 124 nəfərin öldüyünü, 3 min 251 nəfərin isə yaralandığını bildirib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, zəlzələnin episentri Pakistan sərhədi yaxınlığındakı Cəlalabad şəhərinin 27 kilometr şimal-şərqində, yerin 8 kilometr dərinliyində yerləşib və maqnitudası 6 olub.

Yerli hakimiyyət orqanları bu zəlzələni Əfqanıstanı vuran ən dağıdıcı təbii fəlakətlərdən biri kimi qiymətləndirib.

BMT-nin Humanitar Əlaqələndirmə Ofisi (OCHA) ilkin mərhələdə 12 min insanın birbaşa zərər çəkdiyini açıqlayıb.

Mövzuya görə xəbərlər