Son dəqiqə

ATƏT ATƏT Minsk Qrupu Azərbaycan XİN ABŞ Azərbaycan Ermənistan münasibətləri Azərbaycan Ermənistan sülh razılaşması Azərbaycan Ermənistan danışıqları ABŞ Azərbaycan Ermənistan liderlər görüşü Azərbaycan Ermənistan sülh müqaviləsi Azərbaycan-Ermənistan sülh sazişi Azərbaycan-Ermənistan sülh sazişi 2025

ATƏT-in keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bütün qərarları qüvvədən düşüb

BAKI, TurkicWorld

Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.

TurkicWorld xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair mətbuat məlumatında öz əksini tapıb.

"Beləliklə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək həmin institutların bağlanması rəsmiləşdirilib", - deyə məlumatda qeyd edilib.

Mövzuya görə xəbərlər