Çin ŞƏT Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT)

ŞƏT ölkələri tərəfdaş-dövlətlər statusu ilə bağlı qərar qəbul edib

BAKI, TurkicWorld

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzv dövlətləri "müşahidəçi" və "dialoq üzrə tərəfdaş" statustlarının vahid "ŞƏT tərəfdaşı" statusuna birləşdirilməsi barədə qərar qəbul ediblər.

TurkicWorld-in xüsusi müxbiri xəbər verir ki, bu, sentyabrın 1-də Tiencin şəhərində baş tutmuş ŞƏT üzv dövlətləri başçılarının toplantısının sonunda qəbul olunmuş Tiencin bəyannaməsində öz əksini tapır.

Üzv dövlətlər, həmçinin, 2024–2025-ci illərdə Çinin ŞƏT-dəki sədrliyinin nəticələrini yüksək qiymətləndiriblər. Onların sözlərinə görə, bu, üzv dövlətlərin xalqları arasında qarşılıqlı anlaşmanın, etimadın, dostluğun və əməkdaşlığın dərinləşməsinə, eləcə də, təşkilatın nüfuzunun möhkəmlənməsinə töhfə verib.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan ŞƏT-də müşahidəçi ölkə statusu almaq üçün müraciət edib. Hazırda ölkə təşkilatın dialoq üzrə tərəfdaşı qismində çıxış edir.

Mövzuya görə xəbərlər