Son dəqiqə

Azərbaycan Türkiyə Zəngəzur Ermənistan Rusiya Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizi Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Abdulkadir Uraloğlu

Zəngəzur dəhlizinə töhfə verəcək dəmir yolu xətti böyük inkişaf addımıdır - Ərdoğan

BAKI, TurkicWorld, Fərid Mikayılov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qars–Iğdır–Aralıq–Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi münasibətilə göndərdiyi müraciətdə layihəni “ölkə və region üçün körpü rolunu oynayacaq mühüm inkişaf hərəkatı” adlandırıb.

TurkicWorld xəbər verir ki, Ərdoğan bildirib ki, 2,4 milyard avro dəyərində, 224 kilometr uzunluğa malik bu layihə Türkiyə ilə Azərbaycan arasında yeni nəqliyyat əlaqəsini təmin edəcək və Zəngəzur dəhlizinə strateji töhfə verəcək.

“Yeni dəmir yolu xətti 5 stansiya, 5 tunel, 19 açıq-qapalı tunel, 10 körpü, 3 viyadük, 144 altkeçid, 27 üsteçid və 480 suötürücü qurğudan ibarət olacaq. Layihənin tamamlanması Xəzər hövzəsi ilə Aralıq dənizi hövzəsini birləşdirəcək, regional əməkdaşlıq və inkişafı gücləndirəcək”- deyə Ərdoğan bildirib.

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu da tədbirdə çıxış edərək qeyd edib ki, Zəngəzur dəhlizi Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı gücləndirəcək, bölgədə sülhün və diplomatik münasibətlərin normallaşmasına təkan verəcək.

Ərdoğan həmçinin vurğulayıb ki, xəttin istifadəyə verilməsi Şərq və Cənub-Şərqi Anadolu bölgələrinin istehsal və ixrac imkanlarını artıracaq və turizm potensialını gücləndirəcək.

“Rusiyanın, Azərbaycanın, Ermənistanın və Türkiyənin dəmir yolu şəbəkələrinin genişləndirilməsi regional ticarətə olduqca müsbət təsir göstərəcək”- deyə Ərdoğan vurğulayıb.

Mövzuya görə xəbərlər