Azərbaycan Ermənistan ABŞ Estoniya XİN Azərbaycan Ermənistan sülh razılaşması İlham Əliyev Vaşinqton görüşü ABŞ Azərbaycan Ermənistan liderlər görüşü İlham Əliyev Tramp görüşü İlham Əliyev və Paşinyan Vaşinqtonda

Estoniya XİN rəhbəri Azərbaycan və Ermənistanın dayanıqlı sülhə doğru göstərdikləri səyləri yüksək qiymətləndirib

Bakı. TurkicWorld

Estonianın xarici işlər naziri Marqus Saxkna Azərbaycan və Ermənistanın davanıqlı sülhə doğru aparan yoldakı səylərini yüksək qiymətləndirib.

TurkicWorld xəbər verir ki, bunu o, öz "X" sosial şəbəkə hesabında yazıb.

"Mən hər iki tərəfin, ABŞ rəhbərliyinin və tərəfdaşların, o cümlədən Aİ-nin qətiyyətini, onların ardıcıl səylərini yüksək qiymətləndirirəm. İndi bütün razılaşdırılmış ölçüləri tam və vaxtlı-vaxtında gerçəkləşdirmək və bununla da regionda dayanıqlı sülhə yol açmaq son dərəcə vacibdir", - XİN rəhbəri bildirib.

O, Vaşinqtondakı görüşü Ermənistan və Azərbaycanın sülhə doğru atdıqları tarixi bir addım kimi dəyərləndirib.

Mövzuya görə xəbərlər