Son dəqiqə

Əli Əsədov Ersin Tatar

Əli Əsədov Ersin Tatarla bir sıra sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib

BAKI, TurkicWorld

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 2-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb.

Nazirlər Kabinetindən TurkicWorld-a bildirilib ki, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) müşahidəçi dövlət statusuna malik olan Şimali Kiprin Prezidentinin İƏT-in Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirakının önəmi vurğulanıb.

Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında son dövrdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirildiyi qeyd edilib.

Söhbət zamanı bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Mövzuya görə xəbərlər